Xəbər lenti

 Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib. 

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olub.

Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Bundestim hesabı 9-cu dəqiqədə Leon Qoretskanın qolu ilə açıb. Erkən qol buraxmasına baxmayaraq, qonaq komanda rudan düşməyib və 34-cü dəqiqədə bərabərlik qolunu vurub. Ramil Şeydayev millidə ilk qoluna imza atıb. Azərbaycan millisi isə Bundestimə cari seçmə tsikldə həm evdə, həm də səfərdə qol vuran yeganə komanda olub. Almaniya həm də ev oyununda yeganə qolu məhz bu görüşdə buraxıb. İlk yarı 1:1 hesabı ilə yekunlaşıb.

Fasilədən sonra isə meydan sahibləri xeyli fəallaşaraq, qolları sıralamağa başlayıb. Sandro Vaqner, Antonio Rüdiger və Emre Can fərqlənib, Leon Qoretska isə "dubl" edib. Bu qolların vurulmasında baş məşqçi Robert Prosineçkinin əvəzləmələri gecikdirməsi də rol oynayıb. O, get-gedə yorulan və daha zəif təsir bağışlayan Cavid Hüseynov və Əfran İsmayılovu vaxtından meydandan çıxarmayıb. 69-cu dəqiqədə Dmitri Nazarov, 77-ci dəqiqədə Ruslan Qurbanov və 88-ci dəqiqədə Ramil Şeydayevi əvəzləyən Namiq Ələsgərovun da köməyilə hücumlar qurmağa çalışan Azərbaycan millisi ən azı fərqi azaltmaq istəyib. Lakin bu, baş verməyib və yenə böyük hesablı qələbə qeydə alınıb.

Beləliklə, Almaniya millisi C qrupunda 10 görüşünün hamısını qələbə və 30 xalla başa vuran yeganə komanda olub. Azərbaycan millisi 10 xalla 5-ci yerdə qalıb. Şimali İrlandiya 19 xalla 2-ci pillədə qalıbsa, Çexiya 15 xalla 3-cü, Norveç 13 xalla 4-cü yeri tutub. San Marino isə seçmə tsikli xalsız bitirib.

Dünya çempionatı

Seçmə mərhələ, C qrupu

22:45. Almaniya - Azərbaycan - 5:1

Qollar: Leon Qoretska, 9; 66. Sandro Vaqner, 54. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 33

Baş hakim: Andris Treymanis

Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov

Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)

Kayzerslaytern. Fritz Valter stadionu.


***00:27

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab 5:1-ə çatıb.

"Report"un məlumatına görə, Almaniya yığmasının oyunçusu Emre Can 81-ci dəqiqədə hesab arasındakı fərqi artırıb: Almaniya-Azərbaycan - 5:1


**00:14

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab 4:1-ə çatıb.

"Report"un məlumatına görə, Almaniya yığmasının oyunçusu Leon Goretzka matçın 66-cı dəqiqəsində meydan sahiblərinin 4-cü qolunu vurub.


***00:08

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab növbəti dəfə dəyişib

"Report"un məlumatına görə, Almaniya yığmasının oyunçusu Antonio Ruediger matçın 64-cü dəqiqəsində meydan sahiblərini növbəti dəfə hesabda irəli çıxarıb - Almaniya-Azərbaycan - 3:1.


***00:01

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab dəyişib.

"Report"un məlumatına görə, Almaniya yığmasının oyunçusu Sandro Wagner matçın 54-cü dəqiqəsində meydan sahiblərini hesabda irəli çıxarıb: Almaniya - Azərbaycan - 2:1


***23:20

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab bərabərləşib.

"Report" xəbər verir ki, Azərbaycan yığmasının 11 nömrəli oyunçusu Ramil Şeydayev matçın 34-cü dəqiqəsində hesabı bərabərləşdirib: Almaniya-Azərbaycan 1:1


***22:54

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab açılıb.

"Report" xəbər verir ki, Almaniya yığmasının oyunçusu Leon Qoretska 8-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Almaniya: Azərbaycan - 1:0


***22:46

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa başlayıb.

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağıdır.

C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdədir.

Qeyd edək ki, iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb. Həmin vaxt Azərbaycan yığmasının yeganə qolunu Dmitri Nazarov vurub.

Dünya çempionatı

Seçmə mərhələ, C qrupu

Almaniya - Azərbaycan

Baş hakim: Andris Treymanis

Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov

Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)

Kayzerslaytern. Fritz Valter stadionu.




Ana səhifəyə qayıt        Baxış: 1 070          Tarix: 9-10-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma