Xəbər lenti

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Trabzonspor” komandasının sükanı arxasına keçə bilər.

“Report” “Sabah”a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu postda Ersun Yanalı əvəzləyə biləcək şəxslər arasında göstərilir.

Trabzon təmsilçisinin hazırda 9 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşması və VIII turda evdə “Akhisar”a 1:6 hesabı ilə uduzması Yanalın istefasını gündəmə gətirib. Onu əvəzləməyə namizədlər sırasında belçikalı Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Türkiyə yığmasından ayrılan Fatih Terimlə yanaşı, xorvatiyalı baş məşqçinin də adı hallanır.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan millisi ilə üçillik müqaviləsinin müddəti dekabrda başa çatır. O, 2012/2013 mövsümündə Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub.




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 16-10-2017, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma