Xəbər lenti

  Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

“Report” xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1. 

Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də “Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019

Seçmə mərhələ, V qrup

9 noyabr

 

18:00. Azərbaycan – Almaniya

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 9-11-2017, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma