Xəbər lenti

 

2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Rusiya ağırlıqqaldıranı Ruslan Albeqov bütün yarışlardan kənarlaşdırılıb. 

Ovqat.com Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib.

Albeqov antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. O, London olimpiadasında 105 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub. 29 yaşlı idmançı, həmçinin ikiqat Avropa və dünya çempionu olub.




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 13-11-2017, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma