Xəbər lenti

“Qarabağ” - “Çelsi” oyununa bilet əldə etmək istəyənlərə XƏBƏR

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68 500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasındakı son ev oyunu 22 noyabr saat 21:00-da baş tutacaq. Bu matçda Azərbaycan təmsilçisinin stadiona gedən azarkeş sayına görə rekord qırması gözlənilir.

Klub son ev oyununun şərəfinə azarkeşlərə 3D xoreoqrafiya hazırlayıb.




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 16-11-2017, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma