Xəbər lenti

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 22 noyabrda baş tutacaq "Qarabağ" – "Çelsi" oyununa bütün biletlərin satılması barədə xəbər vermişdi.

Amma məlum olub ki, rəqib onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

Klub rəhbərliyi oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb.

Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq bilet əldə edə bilərsiniz.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.//oxu.az




Ana səhifəyə qayıt        Baxış: 970          Tarix: 18-11-2017, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma