Xəbər lenti

 

Qış transfer pəncərəsi dövründə "Barselona" "Arsenal"dan Məsut Özili heyətinə cəlb edə bilər.

Ovqat.com qol.az-a istinadən xəbər verir ki, alman əsilli türk futbolçu üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Bu transfer "Barselona"nın "Liverpul"dan almaq istədiyi Felippe Koutinyoya alternativ olaraq həyata keçirilə bilər.

Qeyd edək ki, Özilin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyiblər.

Əgər London təmsilçisi Özili qışda satmasa, bu halda futbolçu yanvar ayından başlayaraq, özünün başqa klublarla danışıq aparmaq hüququndan istifadə edəcək və yayda azad agent kimi istədiyi komandaya keçəcək.




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 21-11-2017, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma