Xəbər lenti

 Argentina millisinin futbolçusu Lionel Messi İspaniya təmsilçisi “Barselona” ilə müqaviləsinin müddətini uzadıb.

30 yaşlı hücumçu 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb.Yeni müqaviləyə əsasən, L.Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq.Qeyd edək ki, “Barselona”nın yetirməsi olan L.Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.//Report




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 25-11-2017, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma