Xəbər lenti

           

                                                   

Salvadorda keçirilən beynəlxalq boks turnirində ölüm baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, “El Pantera” ləqəbəli Fransisko Ruiz rəqibi Rikardo Kortezdən sərt yumruq zərbəsi alaraq nokauta düşüb.

Boksçu ayağa qalxmaq istəsə də özündə olmayıb. Hakim matçı dayandırıb və dərhal həkimlər çağırılıb. Ruiz ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada beyin cərrahiyəsi olmadığı üçün boksçunu əməliyyat etmək mümkün olmayıb və Ruiz orada dünyasını dəyişib.

Ruizin yaxınlarının xəstəxana haqqında məhkəməyə şikayət edəcəyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 26-11-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma