Xəbər lenti

 Taekvondo idman növünün 2017-ci il Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək. Rusiyanın Moskva şəhərində startı verilən Qran-Pri turniri Mərakeş və Böyük Britaniyanın ardından Fildişi Sahilinin Ədibcan şəhərində başa çatacaq.

Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət milli yığma komandamızın dörd üzvü bu gün Əbidcana yollanır. Belə ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq 437.70) və Milad Beigi Hərçəqani (-80 kq 472.36 xal), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi —68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq. Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq.







Ana səhifəyə qayıt        Baxış: 658          Tarix: 30-11-2017, 08:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma