Xəbər lenti

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb.

Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir, Levon Aronyan (2805) 2-ci yerdədir.

Xatırladaq ki, oktyabrın nəticələrinə görə, Şəhriyar 4-cü mövqeni tuturdu.\\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 30-11-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma