Xəbər lenti

                                                            

2020-ci il Avropa çempionatının açılış oyunu İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda keçiriləcək.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək. Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) B, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) C, London (İngiltərə) və Qlazqoda (Şotlandiya) D, Bilbao (İspaniya) və Dublində (İrlandiya) E, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə F qrupunun oyunları təşkil olunacaq.
Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.||Report
Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidir. Əvəzində qrup oyunlarını Londondakı “Uembli” stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.
Çempionat 2020-ci ilin iyun-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatının Azərbaycan paytaxtındakı oyunları Bakı Olimpiya Stadionunda olacaq.




Ana səhifəyə qayıt        Baxış: 892          Tarix: 7-12-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma