Xəbər lenti

 Türkiyənin İstanbul şəhərində VI Beynəlxalq “Turkish Open Karate Tournament” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün başlayan yarış 3 gün davam edəcək.
 Azərbaycan təmsilçiləri mübarizəyə medalla başlayıblar. Belə ki, 10 yaşlı Orxan Musayev yarışların birinci günündə qızıl medal qazanıb.
 45 kq çəki dərəcəsində çıxış edən karateçimiz 4 görüşdə rəqiblərini məğlub edərək, birinciliyə yüksəlib.
 Qeyd edək ki, Musayev bu ay Bakıda keçirilən budo üzrə açıq dünya kuboku yarışlarında da qızıl medal qazanıb.



Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 16-12-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma