Xəbər lenti

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK klubunda davam etdirəcəyi ilə bağlı iddiaya münasibət bildirib.

“Report” xəbər verir ki, Norveç yığmasının 30 yaşlı yarımmüdafiəçisi “Fredriksstad Blad”a müsahibəsində deyib ki, onunla bir çox klub maraqlanır. Lakin müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan futbolçu “Qarabağ”da özünü yaxşı hiss etdiyini söyləyib: “Mənfi cəhət odur ki, Çempionlar Liqasında və Azərbaycan Kubokunda mübarizəni dayandırmışıq. Çempionatda isə ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq. Necə olacağına baxacağıq. AİK-ə gəlincə, böyük klubdur. Həm də geniş azarkeş kütləsinə malik olması ilə məşhurdur. Stokholm isə ən gözəl paytaxt kimi tanınır. Amma məlumat həqiqəti əks etdirmir”.

Elyunussi “AİK-ə keçidi istisna etmirsiniz?” sualına belə cavab verib: Xeyr. Hər şey ola bilər. Şərqdən qərbə qayıda bilərəm. Lakin hazırda “Qarabağ”la icarə müqaviləmdən razıyam. Təəssüf ki, iki ay əvvəl zədələnmişdim və komandama kömək edə bilmədim. Digər tərəfdən, “Olimpiakos”a qayıtmağıma az qalıb. Komandanın ispaniyalı baş məşqçisi var. Həmçinin “Everton”dan Kevin Miralyası heyətə cəlb ediblər”.

Qeyd edək ki, “Qarabağ”ın yay fasiləsində 1 illik icarəyə götürdüyü Tarik Elyunussi cari mövsümdə 8 oyunda meydana çıxıb. O, geridə qalan müddətdə əsas heyət üzvünə çevrilə bilməyib.




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 10-01-2018, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma