Xəbər lenti

                     

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres futbolçu Kriştiano Ronaldonu satmağa hazırdır.

 Madrid təmsilçisinin rəhbəri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə təkliflər gözlədiyini və onun müştərisini satmağa hazır olduğunu bildirib. Bir müddət əvvəl AS nəşri 33 yaşlı hücumçunun da “Real Madrid”i tərk etmək istədiyini yazıb. Təcrübəli forvard Peresin onun məvacibi artırmamasından narazıdır. Portuqaliyalının xidmətində Fransanın PSJ klubunun maraqlı olduğu bildirilir.

“Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 19 xal geri qalır. Ronaldo ölkə çempionatında iştirak etdiyi 14 matçda 4 qol vurub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb.//Record




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 16-01-2018, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma