Xəbər lenti

İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında 3-cü qrupa düşüb. Rəqiblər isə Farer adaları, Malta və Kosovodur. Artıq fevralın 2-də Azərbaycan və Kosovo yığmaları arasında Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçiriləcək.  

B Liqasında yer alan Türkiyə 2-ci qrupda Rusiya və İsveçə, A Liqasındakı Almaniya isə Fransa və Hollandiyaya rəqib olub. 


Qeyd edək ki, ilk turun oyunları 6 – 8 sentyabrda, növbəti turlar isə 9 – 11 sentyabrda, 11 – 13 oktyabrda, 14 – 16 oktyabrda, 15 – 17 noyabrda və 18 – 20 noyabrda olacaq. 

Püşkatmanın nəticələri: 

A Liqası

1-ci qrup: Almaniya, Fransa, Hollandiya

2-ci qrup: Belçika, İsveçrə, İslandiya

3-cü qrup: Portuqaliya, İtaliya, Polşa

4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya

B Liqası

1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya

2-ci qrup: Rusiya, İsveç, Türkiyə

3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya

4-cü qrup: Uels, İrlandiya, Danimarka

C Liqası

1-ci qrup: Şotlandiya, Albaniya, İsrail

2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya

3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr

4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva

D Liqası 

1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra 

2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,

3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo

4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq 

İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi başlayıb.

"Report"un məlumatına görə, tarixdə ilk dəfə keçiriləcək turnirdə Azərbaycan D Liqasında təmsil olunacaq. 

Qurban Qurbanovun baş məşqçi olduğu milli komanda bu liqada ən yüksək reytinqli komandaların yer aldığı birinci səbətdə yer alıb. 

Qeyd edək ki, püşkatma mərasimində Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandanın baş məşqçisi Qurban Qurbanov və AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla təmsil edir. 




Ana səhifəyə qayıt        Baxış: 1 112          Tarix: 24-01-2018, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma