Xəbər lenti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.Yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib – 1:1.

Yoxlama oyunu

26 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 – 1:0

Qol: Ülvi İskəndərov, 52//Apasport.az 




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 26-01-2018, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma