Xəbər lenti

 

Bu yaxınlarda Hövsan Olimpiya Kompleksində yeniyetmə və gənclər arasında güləş üzrə Bakı birinciliyi keçirilib.

Ölkəmizdə bu idman növünün populyarlığını nəzərə alsaq, yarışın nə qədər gərgin və maraqlı keçdiyini daha aydın təsəvvür etmiş olarıq.

Paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsilçilərinin də qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də qələbə uğrunda mübarizə aparıblar.

İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracovun yetirməsi Şahin Muxtarov keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Çəkisi 57 kiloqramadək olan idmançılar arasında yarışan Ş.Muxtarov hazırda daha mötəbər yarışlara hazırlaşır.

 

Zeyni Hüseynov,

 

DİN Mətbuat Xidmətinin əməkdaşı




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 9-02-2018, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma