Xəbər lenti

Berlində şahmat üzrə İddiaçılar Turnirinin altıncı turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız rusiyalı idmançı üzərində qələbə qazanıb.

Altı turdan sonra Fabiano Karuana və Şəhriyar Məmmədyarov 4 xalla 1-2-ci pillələrdə qərarlaşıb. Hesablarında 3 xal olan V.Kramnik, A.Qrişuk və L.Dinq 3-5-ci yerləri bölüşürlər. U.So və L.Aronyan 2.5 xalla 6-7-ci yerdədirlər. Cəmi 2 xal qazanmış S.Karyakin isə sonuncu – 8-ci yerdədir.

 




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 17-03-2018, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma