Xəbər lenti

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən “Əl-Fucayra” komandasının baş məşqçisi postundan istefa verib.

“Report” BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı – komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan ayrılıb.

Qeyd edək ki, Maradona ötən ilin mayından “Əl-Fucayra”ya rəhbərlik edirdi. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.

 




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 28-04-2018, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma