Xəbər lenti

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci qəza baş verib.

“Report” xəbər verir ki, “Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə rusiyalı pilot mübarizəni dayandırıb. Onun maşını trasdan götürülüb.

Qeyd edək ki, aprelin 28-də ilk sərbəst yürüşü zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb. Bu gün isə “Formula- 2” yarışında “Campos Vexatec Racing” komandasının pilotları – Luka Qotto və Roy Nissani qəza keçirib.

 




Ana səhifəyə qayıt        Baxış: 755          Tarix: 28-04-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma