Xəbər lenti

AFFA avrokuboklara vəsiqə qazanan klublara vizaların alınmasında kömək edəcək.

“Report”un məlumatına görə, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev qurumun bugünkü iclasından sonra təşkil etdiyi brifinqdə deyib.

O, bildirib ki, bununla bağlı klublar tərəfindən AFFA-ya müraciət olunub: “Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazanmış komandalar rəqibləri bəlli olandan sonra viza problemləri ilə üzləşirlər. Püşkatmadan 1 – 2 həftə sonra oyunlar baş tutur. Ona görə də AFFA-ya müraciət olunub. Baş katib Elxan Məmmədov da iclasda idi. O, AFFA-nın klublara dəstək olacağına razılıq verdi. Vizanın alınması ilə bağlı hər hansı problem olarsa, klublar AFFA-ya müraciət edəcəklər. Qurum isə əməkdaşlıq etdiyi səfirliklər vasitəsi ilə kömək etməyə çalışacaq”.

Qeyd edək ki, UEFA avrokuboklarda Azərbaycan üçün 4 yer ayırır.

 




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 1-05-2018, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma