Xəbər lenti

“Karyeramın ən gözəl anlarından biri idi. Çox sevincliyəm. Ən gözəl performanslarımdan birini göstərdim. Amma əsas komandanın necə oynamasıdı”. Bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

Komandasının kapitanı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində İspaniya ilə oyunlarını şərh edib. O bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi: “Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”. (Apasport.az)




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 16-06-2018, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma