Xəbər lenti

Dünya çempionatında bu gün D qrupunda Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gəlib.

Strateq.az bildirir ki, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

İkinci hissədə isə Xorvatiya hesabı açıb. Ante Rebiç 53-cü dəqiqədə qola imza atıb.

83-cü dəqiqədə isə Modriç ikinci qolu Argentinanın qapısındna vurub.

Oyunun son dəqiqəsində isə Messinin “Barselona”da komanda yoldaşı olan Rakitiç 3-cü qolu Argentinanın qapısından keçirib – 0:3

Onu da qeyd edək ki, oyunu meydandan Argentinanın canlı əfsanəsi Maradona da izləyib. Ölkəsinin məğlubiyyəti Maradonanı göz yaşlarına boğub…

 

 




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 22-06-2018, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma