Xəbər lenti

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi. Bu gün ilk mükafatçı bilinəcək.
 
Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək. Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundadır.
 
Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.
 
 
Dünya çempionatı
 
3-cü yer uğrunda oyun
 
 
14 iyul
 
18:00. Belçika – İngiltərə
 
Baş hakim: Alireza Faqani (İran)
 
Sankt-Peterburq. Şəhər stadionu(Apasport.az)

 




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 14-07-2018, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma