Xəbər lenti

  Fransanın PSJ klubunun futbolçusu Neymar San-Paulu şəhərində keçirilən poker turnirində finala vəsiqə qazanıb. 

"Report" "Super Poker" nəşrinə istinadən xəbər verir ki, 288 oyunçunun iştirak etdiyi yarışda Braziliya yığmasının hücumçusu Neymar da yer alıb. 26 yaşlı forvard finala vəsiqə qazanan 9 iştirakçıdan biridir. Yarışın mükafat fondu isə 78 min avrodur. 

Qeyd edək ki, Neymar Rusiyadakı dünya çempionatında iştirak edib. O, DÇ-2018-də 5 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 




Ana səhifəyə qayıt        Baxış: 652          Tarix: 25-07-2018, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma