Xəbər lenti

Bu gün Türkiyə futbolunda super kubokun sahibi müəyyənləşib.

Strateq.az xəbər verir ki, liqa çempionu “Qalatasaray” super kubok uğrunda  Türkiyə kubokunun sahibi “Akhisarspor”la qarşılaşıb. Oyunda hesabı 45-ci dəqiqədə “Akhisarspor” açıb. 79-cu dəqiqədə isə “Qalatasaray” hesaba tarazlıq gətirib. Oyun 1-1 hesabı ilə başa çatdığından (əlavə vaxtda da hesab dəyişməyib) qalib penaltilərlə müəyyənləşib.

Penalti seriyasında isə “Qalatasaray” uduzub –  4:5.

“Qalatasaray”ın heyətində hücumçu Qomisin zərbəsini qapıçı dəf edib.

 




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 6-08-2018, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma