Xəbər lenti

 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əsas millinin baş məşqçisi Qurban Qurbanovun da canlı izlədiyi qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Fasilədən dərhal sonra rəqib ardıcıl 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Birk Risa, 50-ci dəqiqədə Morten Torsbi Kamran İbrahimovun qoruduğu qapıya yol tapıb. 56-cı dəqiqədə Barış Ekincier fərqi azaltsa da, Torsbi 76-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolu ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, Azərbaycan millisi 5-ci qrupdakı 9-cu oyunundan sonra 2 xalla sonuncu pillədə qalıb. Norveç yığması isə 8 oyundan sonra 14 xal toplayıb.

Azərbaycan yığması sonuncu - onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 485          Tarix: 11-09-2018, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma