Xəbər lenti

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçiriləcək.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşacaq.

Artıq komandaların heyətləri də məlumdur…

Ümumdünya Şahmat Olimpiadası

X tur

Kişilər

Azərbaycan – Ukrayna

Şəhriyar Məmmədyarov – Vasili İvançuk

Teymur Rəcəbov – Pavel Elyanov

Arkadi Naydiç – Yuri Krivoruçko

Rauf Məmmədov – Ruslan Ponomaryov

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan – Ermənistan

Günay Məmmədzadə – Elina Danielyan

Zeynəb Məmmədyarova – Lilit Mkrtçyan

Xanım Balacayeva – Anna Sarqsyan

Gülnar Məmmədova – Mariya Kursova

Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edəcək. Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 9 turdan sonra Azərbaycanın qadın millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət yığma 13 xalla 10-cu, eyni xala malik Ukrayna 16-dı yerdədir.

 




Ana səhifəyə qayıt        Baxış: 609          Tarix: 4-10-2018, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma