Xəbər lenti

Bu gün UEFA Millətlər Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Farer adaları ilə səfərdə qarşılaşıb.

Strateq.az xəbər verir ki, millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə hesabı açıb –0:1.

67-ci dəqiqədə Dmitri Nazarov ikinci qola imza atıb –0-2.

Riçard Almeyda 85-ci dəqiqədə penaltidən daha bir qola imza atıb – 0:3.

Oyun bu hesabla bitib. Qeyd edək ki, qrupumuzdakı digər oyunda Kosova evində Malta qarşılaşıb. Həmin oyun 3-1 hesabı ilə Kosovanın xeyrinə başa çatıb.

Bu nəticələrdən sonra Kosova 7 xalla birinci, Azərbaycan isə 5 xalla ikinci, Farer adaları 3 xalla 3-cü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 12-10-2018, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma