Xəbər lenti

 

Mövsümə uğurlu start verən "Liverpul"un 4 futbolçusu zədələnib.

Sadio Mane, Nəbi Keyta, Məhəmməd Salah və Vircil van Deyk milli komandalarında zədələniblər. Manenin barmağı sınıbsa, van Deyk qabırğasından xəsarət alıb. Nəbinin dizaltı vətərində, Salahın isə budunda problem var. Onların bu həftə Premyer Liqa matçında iştirakları gözlənilmir.

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırmışdı. \\azxeber.com




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 17-10-2018, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma