Xəbər lenti

“Avropa Liqasında son ev oyununa çıxırıq. Çox istərdik ki, görüşü qələbə ilə başa vuraq. İstənilən halda, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Rəqib komandanın baş məşqçisi dəyişikliyi olub, bu da hər zaman oyuna müsbət təsir edir”.

Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə keçirəcəkləri oyundan əvvəl Bakı Olimpiya Stadionundakı mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

– “Sportinq”in bir neçə əsas oyunçusunun Bakıya gəlməməsi “Qarabağ” üçün motivasiya ola bilər?

– Belə böyük klublarda bura gəlməyən oyunçulara önəm vermirəm. Çünki onların böyük heyəti var. Söhbət 23 yaşlı futbolçudan gedirsə, inanmıram ki, burada perspektivsiz oyunçu olsun. Böyük heyətə və tarixə malik komandaya qarşı oynayırıq. İstənilən halda qalib gəlmək istəyirik. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

– İnnosent Emeqaranın yerinə kimə şans verəcəksiniz?

– Bəli, Emeqara oynamayacaq, zədəlidir. Araz Abdullayev də daha öncə bu mövqedə oynayıb. Onun hücumda çıxış etmək ehtimalı böyükdür.

– Rəşad Sadıqov avrokuboklarda 100-cü oyununa çıxa bilər. Bunu komanda üçün motivasiya saymaq olar?

– Onun 100-cü oyuna çıxması yox, elə meydanda olması böyük motivasiyadır. Azərbaycanlı futbolçunun avrokubokda 100-cü oyuna çıxması önəmli hadisədir. Ancaq onun hələ sabah oynayıb-oynamayacağı dəqiq deyil.

– Zədə ilə bağlıdır?

– Xeyr.

– Millətlər Liqasından sonra özünüz psixoloji baxımdan bərpanı necə keçdiniz?

– Bizdə bərpa mövsüm başa çatanda olur. Futbolçuları isə hər gün bərpa etməyə çalışırıq. Bizim üçün hər gün gərgin keçir.

 




Ana səhifəyə qayıt        Baxış: 28          Tarix: 29-11-2018, 11:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent