Xəbər lenti

Real Madrid futbol klubunun yarımmüdafiəçisi Luka Modriç “Qızıl top” mükafatına sahib olaraq Lionel Messi və Kristiano Ronaldonun on illik hegemonluğuna son qoyub.

33 yaşlı Modriçin nüfuzlu mükafata layiq görülməsi dekabrın 3-də Parisdə bəyan edilib. Beləliklə o Ronaldonu və Dünya Kubokunun mükafatçılarından Antoni Qrizmanı geridə qoyub.

Modriç ötən may ayında Real Madrid komandasının Çempionlar Liqasının qalibi olmasında və Xorvatiya millisinin Rusiyada keçirilən Dünya Kubokunun finalına çıxmasında həlledici rol oynayıb.

Kaka bu mükafatı 2007-ci ildə aldıqdan sonra “Qızıl topa” hər dəfə Ronaldu və Messi sahib olurdular.

Fransalı Empappe isə “Kopa” mükafatının ilk laureatı olub. Bu mükafat 21 yaşdan gənc futbolçular üçün nəzərdə tutulub.

Qadınlar üçün “Qızıl top” mükafatı da bu il ilk dəfədir ki, verilib. Mükafata Norveç yığmasının hücumçusu Ada Hegerberg Fransanın Lyon klubunu Çempionlar Liqasının qalibi etdiyinə görə layiq görülüb. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 4-12-2018, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma