Xəbər lenti

 

Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanı yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Y. Luzan çoxnövçülük xallarına əsasən ilk olaraq 3-cü yeri tutub. Ayrı-ayrı alətlər üzrə finallarda isə top və lent ilə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

F. Əkbərova lent ilə çıxışlarına görə 3-cü yerə sahib olub.




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 8-07-2019, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma