Xəbər lenti

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Lüksemburq çempionu “F91 Düdlanj” baş məşqçisi Emilio Ferera ilə yollarını ayırıb.

Wort.lu xəbər verir ki, Lüksemburq təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən 52 yaşlı belçikalı mütəxəssis istefaya göndərilib.

İspan mənşəli məşqçi komandaya yayda təyin olunmuşdu. O, artıq bu gün səhər komandanı məşqə çıxarmayıb. “F91 Düdlanj” hazırda beş turdan sonra dörd xalla 14 komanda arasında XII pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “F91 Düdlanj”la ilk matçını oktyabrın 3-də Lüksemburqda, dekabrın 12-də isə Bakıda keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 17-09-2019, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma