Xəbər lenti

 

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola gələcəkdə onu hansı şəxsin əvəz edə biləcəyini söyləyib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin fikrincə, "şəhərlilər"ə onun köməkçisi Mikel Arteta rəhbərlik edə bilər: "Əminəm ki, məndən sonra komandanı o qəbul edəcək. Bu, gec-tez baş verəcək. Hələ gənc məşqçidir. Amma onun böyük futbolçularla və aparıcı klublarla iş təcrübəsi var. Əsas odur ki, Mikel gözəl insandır. Əla məşqçidir, gələcəkdə böyük uğurlar qazanacaq" - deyə Qvardiola bildirib.  

Qeyd edək ki, Mikel Arteta 2016-cı ildən "Mançester Siti"nin məşqçilər heyətində yer alır.  




Ana səhifəyə qayıt        Baxış: 362          Tarix: 21-09-2019, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma