Xəbər lenti

 

“Barselona” futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.

Bu barədə İspaniyanın AS nəşri bildirib.

Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında – “Vilyarreal”la evdə, “Xetafe” ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.

Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı – İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.

Daha əvvəl bildirilirdi ki, İspaniya “Barselona”sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub. (report)




Ana səhifəyə qayıt        Baxış: 369          Tarix: 23-09-2019, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma