Xəbər lenti

 

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilməyib. 

"Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı bürünc medal uğrunda görüşdə yaponiyalı Mitsuki Suqavaraya uduzub. Suquvara 28 saniyəyə ipponla qalib gəlib. 

Beləliklə, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 gümüş, 1 bürünc medalla başa vurublar. Həmin medallara müvafiq olaraq, Kamran Süleymanov (60 kq) və Vüqar Talıbov (73 kq) sahib çıxıb.

Qeyd edək ki, sentyabrın 29-da Azərbaycan cüdo yığması komandalararası dünya çempionatına qatılacaq. 1/8 final mərhələsində rəqib Çin Taypeyi olacaq. Qalib komanda 1/4 finalda Avstraliya ilə qarşılaşacaq.  


*** 11:38

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

"Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı misirli Ahmed Abdelsamiya və belaruslu Nikita Starovoytovu ipponla yendikdən sonra 1/4 finalda rusiyalı Nodar Onoprienkoya uduzub. Bakıdakı Yeniyetmələrin Yay Olimpiya Festivalının qalibi olmuş cüdoçu təsəlliverici görüşdə moldovalı Alin Baqrinə 95 saniyəyə ipponla qalib gəlib. Onun 3-cü yer uğrunda görüşdə rəqibi yaponiyalı Mitsuki Suqavara olacaq.

70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının əvvəlki yarış günlərində Azərbaycan cüdoçularından Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 28-09-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma