Xəbər lenti

 

“Təlim-məşq toplantılarımız yüksək səviyyədə keçdi. Federasiya tərəfindən yaradılan şərait dünya çempionatında uğur qazanmağımıza böyük motivasiya oldu”.

“Report” xəbər verir ki, bu sözləri cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elnur İsmayılov deyib. 

Onun sözlərinə görə, bu dünya çempionatına qədər təlim-məşq toplantısı Türkiyənin paytaxtı Ankarada təşkil olunub: “Altı ay təlim-məşq toplantılarında olduq. Son təlim-məşq toplantımız Türkiyədə yerli komanda ilə birgə baş tutdu. Yarışa gəldikdə isə, yarımfinal görüşümüz ağır oldu. Rəqib Rusiya yığmasını məğlub edərək finala yüksəldik. Təbii ki, final görüşümüzdəki rəqibimiz Yaponiya yığması ilə də asan keçmədi. Lakin komandamızın özünəinamı güclü idi. Sadəcə, alınmadı deyək. Çətinliklərimiz oldu və ikinci yerlə kifayətləndik. Şükür ki, Vətənə əliboş qayıtmadıq”.  




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 1-10-2019, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma