Xəbər lenti

 

Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə matçının hazırlıqlarına oktyabrın 6-da 8 futbolçu ilə başlayacaq.

Bu barədə "Report"a millinin rəisi Zaur Hacı-Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, həmin oyunçular bu gün Premyer Liqanın VII tur matçlarında çıxış edən yığma üzvləri olacaqlar. Digərləri çempionatın qalan 2 matçı da keçirildikdən sonra oktyabrın 7-dən düşərgəyə gələcəklər. 

Onların arasında legionerlər də yer alacaq. Yalnız Ukrayna "Aleksandriya"sında çıxış edən Pavel Paşayev xaric, qalanları bazar ertəsi axşam məşqində iştirak edəcəklər. Bu isə Paşayevin gəlişinin gec saatlara təsadüf edəcəyi ilə əlaqədardır.

Baş məşqçi Nikola Yurçeviçin dəvət göndərdiyi 23 futbolçu Bəhreynə oktyabrın 8-də çarter reysi ilə yollanacaq. Ertəsi gün Bakı vaxtı ilə saat 20:30-da Bəhreyn Milli Stadionunda oyuna çıxacaq yığma daha sonra birbaşa Macarıstanın paytaxtı Budapeştə üz tutacaq. Bu rəqiblə görüş isə oktyabrın 13-də "Groupama Arena"da olacaq və saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün toplanışa çağırılmayıblar. 




Ana səhifəyə qayıt        Baxış: 28          Tarix: 5-10-2019, 13:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent