Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

Avropa futbol qurumunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.




Ana səhifəyə qayıt        Baxış: 45          Tarix: 19-10-2019, 12:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent