Xəbər lenti

Bütün dünya bizdən danışır - FOTODünən gecə Çempionlar Liqasının play-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuna qalib gələn “Qarabağ” futbol klubumuz qələbəsi ilə dünya mətbuatında böyük əks-səda yaradıb.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ” futbolçularının geyim otağındakı fotosunu paylaşaraq tarixi qələbə münasibəti ilə təbrik mesajı yazıb.

“Onlar üçün nə böyük gecədir: “Azərbaycan ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində!” başlığı ilə paylaşılan foto bəyənmə və paylaşım rekordları qırıb.

Paylaşıma minlərlə azərbaycanlı rəy yazaraq Azərbaycan təmsilçisini təbrik edib və bayram coşğusunu bildirən sözlər yazıblar.




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 24-08-2017, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma