Xəbər lenti

AFFA "Qarabağ"ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Premyer Liqanın III turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın III turunun “Neftçi” - “Kəpəz” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“İnter” - “Səbail” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 33 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” - “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 022          Tarix: 29-08-2017, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma