Xəbər lenti

 

13 illik fasilədən sonra "Everton"a qayıdan Ueyn Runi sentyabrın 18-də məhkəmə qarşısına çıxacaq.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki,  31 yaşlı hücumçu içkili vəziyyətdə avtomobil idarə etməsinə görə polis tərəfindən saxlanılmışdı. O, Çeşir qraflığı ərazisində, yerli vaxtla saat 02:00 radələrində bu durumla üzləşmişdi. "Mirror" nəşri "Everton"un baş məşqçisi Ronald Kumanın Runinin intizamsızlığından narazı qaldığını qeyd edir. Klubun onu 300 min funt cərimələmək istədiyi bildirilir. Bundan başqa, təcrübəli forvard növbəti dəfə analoji hərəkətə yol versə, transferə çıxarılacaq. 




Ana səhifəyə qayıt        Baxış: 675          Tarix: 3-09-2017, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma