Xəbər lenti

 

Yay transfer pəncərəsində fəallığı ilə seçilən klubların statistikası açıqlanıb.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, İngiltərə klubları transferlərə 1.6 milyard avro xərcləməklə bu baxımdan liderlik edir. İtaliya A Seriyası (887 milyon) 2-ci, Fransa 1-ci Liqası (677 milyon) 3-cü,  Almaniya Bundesliqası isə (609 milyon) 4-cü yerdə qərarlaşıb. "Böyük beşlik" ölkələri arasında ən zəif göstərici İspaniya klublarına aiddir. La Liqa təmsilçilərinin transfer əməliyyatları 557 milyon avronu keçməyib. Eyni zamanda bu statistikada ötən ilə nisbətən 104 milyon avro artım müşahidə olunub. Transfer bazarında ən fəal ispan klubu isə "Barcelona"dır. Katalonlar yeni futbolçuların alınmasına 230 milyon avro sərf edib. Klub Neymarı PSG-yə 222 milyon avroya satmaqla transfer rekorduna da imza atıb. İspaniyanın digər nəhəngi "Real" isə transfer fəaliyyətindən 142 milyon avro qazanıb. 




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 3-09-2017, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma