Xəbər lenti

Türkiyənin “Qalatasaray” klubu İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanı icarəyə götürüb.

“Report” Kataloniyanın RAC 1 radiosuna istinadən xəbər verir ki, Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.

Daha əvvəl "Barselona"nın baş Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan Turanın xidmətində maraqlı olmadığını açıqlayıb.

Qeyd edək ki, Arda Turan “Qalatasaray”ın yetirməsidir. O, 2004 - 2011-ci illərdə İstanbul nəhənginin formasını geyinib. Türkiyə millisinin üzvü 2015-ci ildə 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçib. Təcrübəli yarımmüdafiəçi Kataloniya komandasının heyətində 36 oyuna 5 qol vurub.

 




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 8-09-2017, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma