Xəbər lenti
7-03-2019, 22:48

 

Karate üzrə milli komandanın liderlərindən Ayxan Mamayev (-84 kq) Almaniyanın Leypsiq şəhərində Premyer Liqa turnirinin qalibi olub.

O, Dünya Karate Federasiyasının (WKF) nüvuzlu Karate 1 seriyasından olan yarışda 7 görüş keçirib. 

A.Mamayev birinci tatamidə Jang Min Soo (2-0, Cənubi Koreya), Limon Canedo (5-0, Meksika), Georgios Çanos (Yunanıstan, 4-3), Vu Çun-Vey (4-0, Taypey) İlya Qranovesov (2-1, Rusiya), yarımfinalda isə Valeri Çobatarla (2-2, Macarıstan) görüşlərini qələbə ilə başa vurub. Finalda daha bir rusiyalı idmançı, Azərbaycan əsilli Aleksandr Əliyevlə görüş isə karateçimizin 6-0 hesablı tam üstün qələbəsi ilə başa çatıb. 

Ayxan Mamayevin mövsümün son Premyer Liqa turnirində bu qızıl medalı, onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmlədib. Maliyyə çətinliyi üzündən milli komandanın digər üzvləri Almaniyada mötəbər yarışda iştirak edə bilməyiblər. Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb. /Milli.az/




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 10-09-2017, 18:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar