Xəbər lenti

İndiyə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları toplam olaraq 20 mlrd. manat məbləğində 5 mln.-dan artıq kredit verib.

“Report” xəbər verir ki. bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında deyib.

Onun sözlərinə görə, bu kreditlər əsasən kənd yerlərində yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.

J.Hacıyeva həmçinin qeyd edib ki, Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması sahibkarların maliyyə resurslarına çıxışının artırılması ilə yanaşı maliyyə bazarında rəqabət mühitini gücləndirəcək. 




Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 6-10-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma