Xəbər lenti

Azərbaycanda pul bazasının həcmi 2017-ci il noyabrın 1-nə 8 531,6 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 139,6 mln. manat və yaxud 1,6% azdır.

İlin əvvəlinə nisbətən pul bazası 671,1 mln. manat və yaxud 8,5%, son bir ildə isə 1 082,7 mln. manat və yaxud 14,5% artıb.




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 7-11-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma