Xəbər lenti

“Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankı olan “Azərbaycan Beynəlxalq Bankı”nda ASC-də adi ipoteka kreditlərinin verilməsi şərtləri asanlaşdırılıb.

“Report” Banka istinadən xəbər verir ki, kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş məbləği isə 20%-ə endirilib.

İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimal məbləği 150 min manat, maksimal müddəti isə 25 ildir.

İpoteka krediti almaq üçün müştərilər E-hökumət” portalı (e-gov.az) vasitəsilə əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər. ABB-də ipoteka kreditlərinin rəsmiləşdirilməsi Bankın Səbail filialında (Bakı şəhəri, Tolstoy küçəsi, 191 ünvanında) həyata keçirilir.

Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az ünvanında yerləşən rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Facebook” sosial şəbəkəsində yerləşən rəsmi səhifəsindən əldə etmək olar. 




Ana səhifəyə qayıt        Baxış: 877          Tarix: 13-11-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma